Hindistanın şimalında Varanasi kəndində yerüstü keçid işlək yolun üzərinə çöküb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 18 nəfər dünyasını dəyişib. Dağıntılar altından çxıarılan 5 nəfər yaralıdan 2-nin vəziyyəti ağırdır.
Xilasetmə işləri davam etdirilir.
Baş nazir Narendra Modi Tvitter hesabından faciə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara isə şəfa diləyib.