Hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik bazar günü Odişa əyalətinin şərqindəki Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə nəhəng Santa Klaus heykəlini ictimaiyyətə təqdim edib.
Sənətkarın “Twitter” səhifəsində yazdığına görə, o, 15 şagirdinin köməyi ilə eni 18,2 m və hündürlüyü 8,2 m olan əsər yaradıb.
Abidənin yaradılmasına 1,5 ton pomidor sərf olunub.
Qeyd edək ki, Pattnaik qumdan əl işləri ilə bütün dünyada tanınır. Onun bəzi əsərləri Ginnesin Rekordlar Kitabına daxil edilib.