Hinsitanlı gəlin məşuqu ilə qaçmaq üçün qayınana və qayınatasını öldürtdürdü – FOTO

Hinsitanlı gəlin məşuqu ilə qaçmaq üçün qayınana və qayınatasını öldürtdürdü – FOTO

Dehlidə ərinin valideynlərinin qətlini təşkil edən qadın həbs edilib.

O, yaşlı cütlüyün pullarını oğurlayaraq yeni sevgilisilə qaçmaq arzusunda olub.

72 yaşlı Radli Şiam Verma və onun həyat yoldaşı, 68 yaşlı Vina aprelin 3-də bazar ertəsi ölü tapılıb. Hər iki qurbanın boğazı kəsilib.

Polis əvvəlcə yaşlı cütlüyün təsadüfən quldur dəstəsinin qurbanı olduğunu düşünüb. Lakin tədricən şübhələr qətlə yetirilənlərin gəlini Monikanın üzərinə düşüb.

Onun əri Ravi Rattan bildirib ki, gecə baş verən hücum zamanı onlar evin birinci mərtəbəsində yatıblar. Səhər valideynlərini qan içində yatmış vəziyyətdə görüb və polisə müraciət ediblər.

İstintaq zamanı polis müşahidə kameralarına düşən görüntüləri araşdırıb. Məlum olub ki, quldurlar yalnız cinayətdən sonra, artıq evdən çıxarkən görüntüləniblər. Kameralar onların qapı və pəncərələri sındırması prosesini qeydə almayıb.

“Biz köhnə kadrlara baxmağa başladıq və gördük ki, kişilər bazar günü axşam evə daxil olub və damda gizləniblər. Onları içəri buraxan və damın terrasına aparan Monika olub”, – deyə polisin nümayəndəsi bildirib.

Monika və Ravi Rattan 2016-cı ildən evlidirlər və kiçik bir oğlulları var. Ancaq 2021-ci ildə Monikanın Qaziabaddan olan 29 yaşlı Aşiş adlı bir sevgilisi peyda olub. Onlar sosial şəbəkədə tanış olublar və hotellərdə görüşlər təşkil ediblər. Ər və valideynləri onun münasibətindən xəbər tutaraq qadına çoxsaylı qadağalar tətbiq edib və buna son qoymağa çalışıblar.

Bu vəziyyət Monikanın xoşuna gəlməyib. O, qayınatasının əmlakını sataraq evdə saxladığı 500 min rupiyi mənimsəmək və Aşişlə birlikdə qaçıb yeni həyata başlamaq qərarına gəlib.

Qətl baş verən gecə sevgilisilə yazışaraq Monika ona etdiyi hərəkətlərdən xəbər verib. Bunun üçün cütlük yeni sim kartları olan müvəqqəti telefonlardan istifadə edib.

Monika qətldən sonra evi tərk etməyi planlaşdırsa da, polis onu saxlamağa müvəffəq olub. Qadın ikiqat qətldə iştirakda ittiham olunur. Aşiş və onun şəriki hazırda axtarışdadır.

Mənbə: lenta.ru

Share: