Dinc Fələstin müsəlmanlarını qətlə yetirməkdə davam edən və “Şimal Qalxanı” əməliyyatının son mərhələsinə hazırlaşan İsrail ordusu “Hizbullah” təşkilatının ən dərin tunelini aşkarlayıb.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, mayın 30-a keçən gecə dağıdılması planlaşdırılmış tunel 80 metr dərinlikdə(təxm. 22 mərtəbə qədər) yerləşir. Uzunluğu 1 km olan tunelin son 60 metri İsrail ərazisinə daxil olur. Bir neçə ildir tikilən tunel havalandırma sistemi ilə təchiz edilib, elektrik xətti çəkilib və əməliyyat zamanı İsrail ordusunun istifadə etdiyi xüsusi daxili rabitə sistemi qurulub. İnşaatçılar divarlara Quran ayələrindən ibarət qraffiti və eyni zamanda adlarını həkk ediblər.
Yəhudi hərbçilər “Hizbullah”ın bu tunelinin “Hamas” tunellərindən daha ciddi bir mühəndislik layihəsi olduğunu qeyd ediblər. Gecə tunelin girişinin betonla dolu 600 yük maşını vasitəsi ilə “möhür”ləndiyi bildirilib. Əməliyyatın yekunu barədə hələlik məlumat verilməyib.