Hökumət küçə fahişəliyinin qarşısını almaq üçün cinsi əlaqə kabinələri tikdi..

İsveçrədə fahişəliyin şəhər mərkəzlərində geniş yayılması, hökuməti bu mövzuda addım atmağa məcbur edib.
Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, hökumət küçədə artan fahişəliyin qarşısını almaq üçün Surixə yaxın məhəllələrin birində cinsi əlaqə kabinələri inşa edilib.
Pul qarşılığında cinsi əlaqəyə girmək istəyən kişilər, avtomobillərinə aldıqları fahişələr ilə bu kabinələrin içinə girir və burada qadınlarla əlaqəyə girirlər. Son illərdə mərkəzi yerlərdə avtomobil içində cinsi əlaqəyə girən insan sayının artması vətəndaşları narahat etməyə başlayınca, bu üsul ilə problemi həll etməyə çalışıblar.
Hökumət hətta fahişələrin rahatçılığını da düşünüb. Beləki kabinələrin içərisində təhlükəsizlik düyməsi sayəsində də qadınların təhlükəsizliyi təmin edilir.
Bu kabinələr yaxınlığında dəstək mərkəzləri də fahişələrə kömək etməyə çalışır. Müəssisənin dəyəri 1 milyon avro olduğu bildirilib və quraşdırma müvəffəqiyyətli olduqda yayılması nəzərdə tutulur.

Share: