Holan yüksəkliyinə Trampın adı verildi

İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının qərb sahilində yerləşən Holan yüksəkliyinin adının dəyişdirilərək ABŞ prezidenti Donald Trampın şərəfinə “Tramp yüksəkliyi” adlandırılacağını bildirib.

Müstəqil.Az AzVision.az və israil mətbuatına istinadən xəbər verir ki, Netenyahu ABŞ prezidentinin Holan yüksəkliyinin İsrail ərazisi kimi tanınması ilə bağlı verdiyi bəyanata təşəkkür ifadəsi olaraq belə bir qərara gəlib.

Netanyahu qeyd edib ki, yəhudilərin “Pasxa” bayramından sonra bu barədə qətnamə irəli sürəcək.Bununla bağlı video açıqlamasında baş nazir deyir: “Prezident Trampın bu tarixi qərarı hər bir israillilini dərindən təsirləndirdi”.


Digər bir qərara əsasən, Qüdsün qərb divarı (Ağlama divarı- red.) yaxınlığında yerləşən dəmiryolu vağzalı da Trampın adını daşıyacaq.

Hazırda sözügedən ərazidə 50 min insan yaşayır. Onlardan 20 mini suriyalıdır, təxminən 20 mini isə 33 yeni yaşayış məskənlərində yerləşdirilmiş israillilərdir. 18 min suriyalı İsrail vətəndaşlığını qəbul etmək istəmir.

Share: