İngiltərə Premyer Liqasının XXV turunda keçirilən “Tottenhem” – “Çelsi” (2:0) oyunu zamanı meydan sahiblərinin 6 azarkeşi həbs olunub.
Buna onların homofob şüarlar səsləndirməsi səbəb olub. London polisi cinsi ayrı-seçkilik edən 6 fanatın həbs olunduğunu açıqlayıb.
Klub isə bir azarkeşin saxlanıldığını təsdiqləyib.
“Biz bir şəxsin homofob şüarlar səsləndirdiyinə görə həbs edildiyini təsdiqləyə bilərik. “Tottenhem”də ayrı-seçkiliyə yer yoxdur”, – deyə klubun açıqlamasında bildirilib.
Mənbə: “Daily Mail”