Homoseksual “kişi kimi” sözünün üstündə durdu,qanun keşikçilərinə rüşvət vermədi… – İbrətamiz

Tacikistanın paytaxtında maraqlı, həm də ibrətamiz olay baş verib. Düşənbə məhkəməsi homoseksualı şantaj etdiklər üçün iki milis əməkdaşını 165 min somoni (təxm. 20 min dollar) pul cəzasına məhkum edib.
Müstəqil.az yazır ki, bu haqda “Mərkəzi Asiya xəbərləri xidməti” xəbər yayıb.
Məhkəmə müəyyən edib ki, mayor Şoramazon Boronov, kapitan Narzullo Aslamzod və onların ortağı Dilovar Mirzoyev bir homoseksual şəxsi onun cinsi oriyentasiyanı cəmiyyətə açıqlayacaqları ilə hədələyiblər. Qanun keşikçiləri bu məxluqdan şəxsi məlumatlarının açıqlanmaması üçün 600 dollar rüşvət tələb ediblər. Bununla belə, milislər maddi vəziyyətlərini yaxşılaşdıra bilməyiblər. Əksinə, alacaqları məbləğdən qat-qat çox ziyana düşüblər.
Gey hərəkatının tərəfdarı hüquq-mühafizə orqanlarına şikayət edib və nəticədə vicdansız milis əməkdaşları cinayət başında yaxalanıb.
“Mavi” vətəndaş məhkəmənin hökmünə etiraz etməyib.. Məhkumların yaxınları da cəzanı ədalətli hesab ediblər.
P.S. Homoseksual olsa da, “kişi kimi”, qətiyyətlə davranaraq  rüşvət verməyib və qanunsuzluq, cinayət edənlərin cəzalandırılmasına səbəb olub. Təəssüf ki, Azərbaycanda da çox vaxt fizioloji baxımdan normal kişilər hər hansı vicdansız polis, prokuror əməkdaşı “pıq” edən kimi qorxusundan nəinki olan-qalan pulunu, az qalır, şalvarını da çıxarda verə…

Share: