Türkiyənin milli müdafiə naziri Hulusi Akar Hərbi Hava Qüvvələrinin yeni tədris ilinin açılışı münasibətilə “F-16” təyyarəsi ilə havaya qalxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Hulusi Akar “F-16” təyyarəsi ilə Egey dənizinin şimal hissəsində uçuş həyata keçirib. Türkiyəli naziri bu uçuşda Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edib.