Türkiyə taxıl sazişinin yeni dövr üçün uzadılması məqsədilə lazımi səyləri göstərir.
Bunu şənbə günü ölkənin müdafiə naziri Hulusi Akar bildirib.
“Biz taxıl müqaviləsinin yeni müddətə uzadılması üçün əlimizdən gələni edirik”,- deyə o, bəyan edib.
Bundan öncə Akar mayın 10-11-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə taxıl sazişinin uzadılmasına dair keçirilən görüşdən sonra tərəflərin müsbət istiqamətdə irəlilədiyini bildirmişdi.
Qeyd edək ki, cari müddəti mayın 18-də bitəcək razılaşmanın 60 gün üçün uzadılması planlaşdırılır.
Mənbə: A Haber