“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiya işıq üzü gördü

Bakı Dövlət Universitetin Jurnalistika fakültəsinin müəllimi filologiya elmləri doktoru Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası işıq üzü görüb.

Kulis.az xəbər verir ki, monoqrafiyada ilk dəfə olaraq dahi Azərbaycan şairi Hüseyn Cavidin publisistikası geniş şəkildə tədqiqata cəlb edilib.

Monoqrafiyada Hüseyn Cavidin dövrü mətbuatda müxtəlif mövzularda publisistik məqalələri geniş şəkildə təhlil olunub.

Onun yaradıcılıq və şəxsiyyətinə münasibət öz əksini tapıb.

Share: