Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı”nın budəfəki qonağı tanınmış şair-bəstəçi, veteran dənizçi Hüseyn Sözlüdür
-Hüseyn müəllim, necəsiz? Yaradıcılığız nə yerdədir, hansı yeniiklər var?
– Təşəkkür edirəm, şükürlər olsun ki, yaxşıyam. Müzəffər ordumuzun Azərbaycan torpaqlarını düşmən tapdağından azad etikdən sonra daha da yaxşıyam. Bu münasibətlə bütün Türk dünyasını təbrik edirəm. Yaradıcılığıma gəldikdə isə son zamanlar Vətənlə bağlı bir sıra mahnılar yazmışam ki, onlar da bu günlərdə, tez-tez radio və televiziya kanallarında səsləndirilir və göstərilir.
-Sizin musiqiniz ürəklərə yol tapan əsərlərdir. Maraqlananlar üçün, hansılardı, deyərsinizmi?
-Əlbəttə. Fuad Dadaşovun ifasında olan “Yurda sarı”, “Azərbaycan bayrağı”; Əməkdar artistimiz Nuriyyə Hüseynovanın ifasında “Vətəndir” və Əməkdar artistimiz Zakir Əliyevin ifasında “Birləşin türk milləti” mahnılarıdır. Ədəbi yaradıcılığımda isə Qəzəllər kitabımı nəşrə hazırlayıram.
-Siz həm ədəbi mühütdə, həm də ictimai həyatda tanınırsız. Bu tanınmağın başağrısı olan vaxtları olubmu?
-Bəli olub, onlardan birini misal gətirim. 2000-ci ildə İxtisaslaşdırılmış Xəzər dəniz Neft Donanma idarəsində baş mühəndis vəzifəsində çalışırdım. Bir gün mənə Az. TV- dən zəng oldu və mənimlə, bir şair- bəstəçi kimi görüşmək istədiklərini dedilər. Mən razılıq verdim və səhəri günü biz Telestudyanın yanında görüşdük. Təklif belə idi ki, mənim yaradıcılığımla bağlı bir veriliş çəkilsin. Razılaşdıq və növbəti həftə çəkilişə qərar verdik. Çəkiliş əsasən bizim evdə olmalı idi və bir necə kadr isə dəniz kənarında, eləcə də gəmilərdə olmalı idi. Həftənin 1-ci günündən özümə bir həftəlik məzuniyyət götürdüm və çəkiliş həftənin 3-cü günü çəkildi. Bu veriliş efirə gedəndən sonra böyük söz-söhbətə səbəb oldu, hətta öz işimi buraxıb lazımsız şeylərlə məşqul olduğumu mənə irad tutdular.
– Əslində sevinməli idilər ki, əməkdaşları belə bir uğura imza atır. Hüsüeyn müəllim, Sizinlə “Dənizçi həyatı” layihəsində həmsöhbət oluruq. Bu həyat haqda fikirlərinizi alana qədər, istərdim oxucularımıza özünüz haqda bir qədər də məlumatlar verəsiz.
-Dəniz sahəsində məni bir çox dənizçilər tanıyırlar. Ancaq cavan nəsil üşün bunları deyə bilərəm. 1946-cı ildə Şərur rayonunu Şəhriyar kəndində anadan olmuşam və orada orta məktəbi bitirmişəm. 1963-cü ildə Bakı şəhərinə gəlib, Bakı dənizçilik məktəbini bitirdikdən sonra, Xəxər dəniz Gəmiçiliyinin (o zamankı KASPAR) gəmilərində motorçu vəzifəsində çalışmışam. 1965 -ci ildə Bakı Dəniz Yolları (o zamankı Qafur Məmmədov adına, indiki ADDA) məktəbində təhsil almışam. Sonradan Odessa Ali Dənizçilik institunda təhsil almışam (AVİMU). 1968 ci-ildən yenidən XDG-nin gəmilərində IV, III, II və baş mexanik vəzifələrində çalışmışam (gəmiçiliyin ən cavan baş mexaniki olmuşam). 1985-ci ildən Xəzər Dəniz Neft Donanma idarəsinin gəmilərində baş mexannik, məsləhətçi mexanik, şöbə rəisi vəzifələrində çalışmışam. Sonra Xəzər Dəniz Neft Donanma idarəsinin gəmi təmiri emalatxanasının rəisi, Donanmaya Texniki xidmət idarəsinin, İxtisaşlaşdırılmış idarənin və Abşeron donanma idarəsinin baş mühəndisi vəzifələrində calışmışam.
2009- cu ildə təqaüdə çıxdıqdan sonra, FHN-nazirliyinin gəmiçilik idarəsində elmi-texniki şöbənin rəisi və həmin idarədə baş mühəndis vəzifəsində çalışmışam. 2015-ci ildən Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim kimi çalışmışam. Hal hazırda təqaüddəyəm və “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədr mavini kimi fəaliyyət göstərirəm.
– Naxçıvanda doğulmusunuz. Dəniz səviyyəsindən çox yüksək bir yerdə dənizə maraq necə yarandı sizdə?
-1963 – cü ildə mənim iki əmioğlum artıq XDG- nin gəmilərində mexanik vəzifəsində çalışırdılar, Mirzə və Eldar Məmmədov qardaşları, onlar təklf etdilər və mən qəbul etdim. Zaman keçdi, ömrümün 50 ildən şoxunu dənizə həsr etdim. Onun üçün peşiman deyiləm, əgər həyata yenidən başlasaydım, yenə bu yolu seçərdim
– Gənclik yaşınızdan dənizlə bağlı olmusuz, dünyanın bir çox limanlarında olmusuz. Çətin günlər haqda hansı təəsüratlarınız var?
– Doğru deyirsiniz, düz 20 il dünyanın müxtəlif dəniz və okeanlarında olmuşam. Aylarla ailədən uzaqda olmaq elə özü çətinilkdir. Dənizçilər yaxşı bilirlər ki, bundan başqa dənizdə bir çox çətinliklər olur, ancaq elə çətinliklər olur ki, onları yaddan çıxarmaq olmur. Mənim də həyatımda olan çətin günlərdən biri Finlandiyada inşa edililmiş borudüzən gəmini qəbul edib, yedəkdə, Bakıya gətirilməsi ərəfəsində baş vermi “İsrafil Hüseynov” gəmisini “Calqan” yedək yük gəmisi yedəkdə çəkirdi. Biz buxtadan çıxan anda sola kanala dönməli idik. Döndük, ancaq burun hissəsi düz olan yedək sözə baxmayıb düz getdi və cəkib biz olan gəmini yanı üstə saxladı, yəqinki allah bizi saxladı ki, gəmi çevrilmədi. Bununla hər şey qurtarmadı, külək gücləndi yedək gəmisi darta bilmir, demək olar ki, bir sutka ərzində biz yerimizdə sayırdıq, dənizin dalğaları isə tez-tez biz olan yedək gəmisini dənizin sularıyla örtürdü. Bu vəziyyətdə güman tək Allaha qalırdı.
– Bəs “Dənizçi həyatı” deyiləndə nə düşünürsüz? Başqalarının həyatından nə ilə fərqlənir bu həyat?
– “Dənizçi həyatı” deyiləndə, dənizçi dözümlülüyü, güclü olmağı, ani olaraq qərar qəbul etməyi, cəsur olmağı, su kimi təmizliyi ilə seçilməlidir. “Dənizçi” şeirimdə düşüncələrimi belə yazmışam.
Dənizçi
Vətən sizə inanıb,
Tapşırıbdı dənizi.
Layiqlə yetirmisiz,
Yerinə öhdənizi.
Şərəfli peşə sizin,
Uğurlar sizin olub.
Suların qənşərində,
Qəlbiniz dəniz olub.
Oxşayıb xəzri size,
Gilavar Layla çalıb.
Beşiyiniz dalğalar,
Ananız dəniz olub.
Dalğalar bəhsə girib,
Sizinlə yarışıblar.
Çəkdiyiniz zəhmətdən,
Ləpələr danışırlar.
Dar ayaqda cəsarət,
Çatıbdır dadınıza.
Qəhramanlıq şücaət,
Yazılıb adınıza.
Bitib tükənməyəcək,
Gəmidə səfəriniz.
Gəmilərin fitiylə,
Açılır səhəriniz.
Tarixlərdən adlamış,
İgidsiz, Azmansınız.
Siz ən böyük uğuru,
Dənizdə qazanmısız.
Dənizçi, ad-sanınla.
Şərəfinlə öyün-dur.
Tarixdə canlı səhifə,
Bu yol sənin yolundur.
–Yuxarıda qeyd etdik ki, siz ölkənin tanınan imza sahibisiz, həm də bəstəçi kimi də sayılır və tanınırsız. Sizin üçün hansı sahə, şairlik, yoxsa bəstəkarlıq daha doğmadır?
-Bunu demək mənim üçün çətindir, çünki nə vaxt bəstəçi və nə vaxt şair olduğumu heç özüm də bilmirəm. Birdən görürsən ki, şeir yazdığım yerdə onun melodiyası qəlbimdə dolanır. Bəzən də tarın pərdələrində gəzişəndə bu melodiyanın şeiri yaranır. On görə də onların hər ikisi mənim üşün doğmadır. Mənim 10 kitabım işıq üzü görüb və 200-dən çox mahnıların müəllifiyəm.
-.Böyük uğurdur. Bir çox ədəbi ödüllərə layiq görülmüsüz, bu çox sevindiricidir. Bütün bu uğurlarda dənizçi xarakteri, dənizçi həyatının hər hansı rolu olubmu?
– Dəniz mənə çox şey verib, mən dənizdən çox öyrənmişəm . Belə düşünürəm ki, yazılmış mahnıları və kitablarımdakı misraları dəniz mənə pıcıldayıb, dəniz mənim ilham pərim olub. Dəniz mənə dünyanı tanıdıb, mərd və cəsur olmağı öyrədib. Aldığım ödüllər də dənizin bəhrəsidir. Ədəbiyyat və musiqi yaradıcılığıma görə aşağıdakı ödüllərim var: Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm; Orta Asiya Yazarlar və Tarixçilər Birliyinin “Turan birliyi” medalı ilə təltif olunmuşam və Türk Dövlətləti Araşdırmalar Akademiyasının “Qızıl medal”ına layiq görülmüşəm. “Qızıl qələm” mükafatçısı və Prizident təqaüdü almışam.
– Uzun illər dənizçilik idarələrində məsul vəzifələrdə də çalışmısız. Sizcə yaddaşlarda necə qalmısız?
– Məncə bu suala dənizçilər daha yaxşı cavab verə bilərlər, mənim fikrimcə pis qalmamışam.
– Sonradan pedaqoq kimi də fəaliyyət göstərdiz. ADDA – da baş müəllim kimi fəaliyyət göstərdiz. Pedaqoq olmaq, dəniz genişliyini auditoriya otaqlarına dəyişmək çətin gəlmədi ki sizə?
-Bilirsiniz, öncə müəyyən çətinliklər oldu, bizim kafedrada yaxı müəllim heyyəti var idi, onların köməkliyi ilə bu çətinliklər tez bir zamanda aradan qaldırıldı. Yaxın bir ildə, sanki çoxdanın bir müəllimi kimi özümü hiss edirdim.
Mənim fikrimcə Akademiyada əsas fənlərdən dərs deyən müəllimlər mütləq dənizçi olmalıdırlar. Kitabdan oxumaqla dərs demək olmaz. Təcrübə önəm daşıyır.
-Gəmi mexanizimlərinə aid dərslik də yazmısız. Necə düşünürsüz, dənizə gələn gənc nəsil köhnə nəsildən hansı keyfiyyətləri ilə fərqlənir?
– Akademiyanın tələbələri və gəmi mexanikləri üçün dərs demək mənə o qədər yaxın oldu ki…
Hacı müəllimlə birlikdə 280 səhifəlik bir dərslik kitabı da yazdıq. Təzə nəsil dənizçilərə gəldikdə isə onu deyə bilərəm ki, onlar zamanın tələblərinə görə bizdən şox inkişaf etmişdirlər, ancaq çoxlarında dözüm və çalışqanlıq yoxdur. Vaxtlarından səmərəli istifadə etməyi bacarmırlar.
– Hüseyn müəllim, siz təcrübəli dənizçi kimi AXDG QSC-nin bu günkü vəziyyətini necə qiymətləndirirsiz? Vaxtı ilə həm DND həm də XDND də işləmisiz.
-Bu gün onu deyə bilərəm ki, bizim dövrümüzə görə gəmiçilikdə çox böyük dəyişiklər var. Yeni, müasir, müxtəlif tipli avtomatika ilə təhciz edilmiş gəmilər alınıb, dənizçilərin əməyi yüngülləşdirilib. Aldıqları əməkhaqları bizim vaxtlardakından bir neçə dəfə çoxdur, ailələrini təmin edə bilirlər.
Ancaq dənizçilərin bəzi məsəllərdə narazıçılıqları var ki, o da diplom dəyişdirməkdə, yeni vəzifəyə yiyələnmə imtahanlarında, və bu istiqamətdə bəzi nüanslardadır. Bizim dövrümüzdə təkminləşdirmə kurslarını keçən dənizçilər bu imtahanlardan azad olurdular.
Bu gün isə kurslardan asılı olmayaraq imtahanlar Təlim məgəzində, Dəniz Adminstratsiyasında və idarələrin daxili komisiyalarında keirilir ki, bu da dənizçilərin narazılığına səbəb olur. Həm də vaxt itkisinə.
-Son dövrlər dənizçilərin sosial durumu haqda müxtəlif təkliflər irəli sürülür və əməli işlər görülür. DSD İB-nin həmtəsisçisi və sədr müavini kimi çox məsuliyyətli bir işin qulpundn yapışmısız. Nələrə nail olmusuz və hədəfiniz nədir?
-Bu İctimai Birlik bildiyiniz kimi yeni təsis olunub. Müəyyən işlər görmüşük, müəyyən işləri görürük və hədəfimizdə bir çox məsələlər var ki, inşallah onların da gerçək olması üçün zamana ehtiyacımız var. Bu doğrudan da məsuliyyətli işdir. Bu birlik təsis olunanda mənə bir təcrübəli dənizçi kimi yaxın dostum tərəfindən birgə fəaliyyət göstərilməsi xahiş olundu. Və razılıq verdim. Ona görə ki, zatən mən bacardığım qədər bu işlərlə məşğul idim. Məsləhət üçün, sonra da hansısa problemin həlli üçün olunan müraciətlərə bacardıqlarımı əsirgəmirdim. Beləliklə DSD İB yi təsis olundu. Dediyim kimi bir çox layihələrə imza atmışıq. Onları burada deməyi düzgün hesab etmirəm. Amma deyim ki, DSD İB yinin təşəbbüsü və təşkilatşılığı ilə şəhid generalımız Polad Həşimovla bağlı bir kitab tərtib etdeik. Qarabağ savaşında şəhid olan dənizçilər və dənizçi ailələrinin övladlarının eləcə də qazilərimizin xatirələrini əziz tutaraq yeni bir kitab üzərində işləyirik. Dənizçilərimizin müraciətləri ilə də bağlı əlaqədar təşkilatların qarşısında məsələlər qaldırırıq… Görüləcək işlriiz qabaqdadır…
– Hüseyn müəllim, çox çox sağ olun ki, vaxt ayırıb müsahibə verdiniz.
– Siz sağ olun.
Söhbətlşdi: Faiq Balabəyli