Hüseynidən şok: İrandakı etirazçıları onlar yetişdirib

İrandakı etirazlar zamanı saxlanılanların əksəriyyəti işsiz və ya aşağı gəlirli insanlardır.

Axar.az xəbər verir ki, bunu İSNA-ya açıqlamasında İran parlamentinin Xarici Siyasət Komissiyasının üzvü Nakavi Hüseyni deyib.

O, İranın terror təşkilat kimi tanıdığı Xalq Mücahidləri Təşkilatının etirazçılara 2 ildən bəri təlimlər keçdiyini iddia edib.

Qeyd edək ki, İranda benzinin kəskin bahalaşmasından sonra etirazlar başlayıb.

Müstəqil.Az

Share: