Yəmənin “Ənsar Allah” (Husilər) üsyançı hərəkatı Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə hücum edib.
xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya “X” hesabında məlumat yayıb.
Bildirilib ki, “Ocean Jazz” yük gəmisi raketlərlə vurulub.
Hərəkat nümayəndəsi vurğulayıb ki, hücum ABŞ və Böyük Britaniyanın Yəmən ərazisinə etdiyi hücumlara cavabdır.
O, həmçinin bildirib ki, husilər Fələstin xalqına qarşı təcavüz və Qəzza zolağının blokadası dayandırılana qədər İsrail gəmilərinin işğal olunmuş Fələstinin limanlarına daxil olmasının qarşısını almağa davam edəcək.
Dəniz Hərəkəti Xidmətinin məlumatına görə, ABŞ bayrağı altında üzən ağır və irihəcmli “Ocean Jazz” yük gəmisi yanvarın 5-də İspaniyanın Kadis əyalətində yerləşən Rota hərbi dəniz bazasından çıxıb.