İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib

İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 3-də Ermənistanın qanunsuz silahlı qüvvələrinin bir Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən təxribatını pisləyib.

“Report”un xəbərinə görə, İƏT bununla bağlı yaydığı bəyanatda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da əldə olunmuş razılaşmaya əsasən, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırıb.

Bəyanatda daha əvvəl Pakistanın paytaxtı İslamabadda keçirilən İƏT Xarici İşlər Nazirlərinin 48-ci sessiyasında qəbul edilmiş qərara toxunan bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanınma, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanınmağa çağırış edilib.

Azərbaycan Müdafiə Nazirliyi avqustun 3-də qanunsuz erməni silahlı birləşmələrinin atəşi nəticəsində bir Azərbaycan əsgərinin şəhid olması barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidəki erməni silahlı bölmələri Laçın rayonu ərazisindəki Azərbaycan mövqelərini intensiv atəşə tutub.

Bəyanatda həmçinin həmin təxribat zamanı şəhid olan Azərbaycan əsgəri Anar Kazımovun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Share: