Türkiyə Ukrayna böhranının həlli üçün Rusiya və Ukrayna arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək. Eyni zamanda, biz bunun xeyli vaxt aparacağına əminik.
Bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Müasir reallıqları nəzərə alsaq, danışıqların dərhal baş tutması ehtimalı azdır. Lakin biz bunun mümkün olduğuna inanırıq və bunun üzərində işləməyə davam edəcəyik”, – deyə Kalın bəyan edib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna ilə yaxın münasibətlər saxlayan Türkiyə Ukraynada münaqişənin davam etdirilməsində maraqlı deyil.
Mənbə: TASS