Son illər arxeologiya sahəsinə maraq azalıb. Arxeoloq Əjdər Babazadə Azərbaycanın rayonlarını, kəndlərini gəzərək qədim daşları və qurumuş ağacları toplayır. Topladıqlarından isə qədim əmək alətləri düzəldir.
3 ildir ki, bu işlə məşğul olur. Hazırladığı ən qədim əmək aləti alt paleolit dövrünə aiddir. Tarixin bütün dövrlərinə aid ibtidai əmək alətlərinin eskizləri hazırlanır.
Alt paleolitdən etibarən son neolitin uzun bıçaqların hazırlanmasına qədər nümunələr hazırlayıb. Bunun üçün bir neçə xammaldan çay və çaxmaq daşından istifadə edir.
PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox burada: PhotoStock.az