İçərişəhər sakini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQ) İdarəsinin fonduna bir əsrdən çox yaşı olan Quran kitabı təqdim edib.
Bu barədə APA-ya qoruqdan məlumat verilib.
Qeyd edilib ki, yaşının əsrlərdən çox olduğu deyilən kitabın dəqiq çap tarixinin müəyyənləşdirilməsi hazırda araşdırma mərhələsindədir.
“Müqəddəs kitab “İçərişəhər” DTMQ İdarəsinin strukturunda olan Muzey Mərkəzinə İçərişəhərin ahıl sakini, 1949-cu il təvəllüdlü Məmmədova Həqiqət Rəhman qızı tərəfindən bağışlanıb. Həqiqət xanım bu kitabın ona çatınca nəsildən-nəslə keçdiyini deyir. Qiymətli kitab “İçərişəhər” Muzey Mərkəzinin nəzdində fəaliyyət göstərən Bəylər məscidində sərgilənəcək və digər qiymətli əşyalar kimi daima qorunub saxlanacaq. “İçərişəhər” DTMQ İdarəsi Həqiqət Məmmədovaya dərin təşəkkürlərini bildirir”, – məlumatda deyilir.