Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə vebinar keçirib.
Bu haqda Müstəqil.Az-a Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyindən məlumat verilib.
Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinnin sədri, dosent Rəsmiyyə Abdullayeva çıxış edərək icbari tibbi sığortanın əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Vebinarda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffəli (İmanov) “İcbari tibbi sığortaya keçidin zəruriliyi və onun üstünlükləri”, dos. Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçılar Samir Mahmudov “Sosial müdafiənin gücləndirilməsində icbari tibbi sığortanın rolu” və Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda çıxış ediblər. Məruzəçilər icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri, dünya təcrübəsi, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları cavablandırıblar, geniş müzakirələr aparılıb.
Vebinarda Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin üzvləri ilə yanaşı, müxtəlif ali məktəblərin (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti) tələbə və müəllimləri, KİV-lərin, qeyri-kökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. AMEA-nın müxbir üzvü, prof. Akif Musayev, Mingəçevir Dövlət Universitetinin prorektoru, prof. Veysəl Əyyubov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, dos. Fikrət Quliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərbaycan Texniki Universitetinin müəllimi Günay Əliyeva, AZƏRTAC-ın əməkdaşı Şöhrət Əliyeva və başqaları icbari tibbi sığorta mövzusunda çıxış ediblər.
Müstəqil.Az