Qubada Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Nəsurullayev Elgünə ev tikilir.
“Qafqazinfo” xəbər verir ki, bu təşəbbüslə Quba rayonu İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edib.
Bundan başqa, qazinin toyu da Quba RİH tərəfindən təşkil olunacaq.
Bunu rayon rəhbəri Ziyəddin Əliyev açıqlamasında bildirib:
“Mənə bu yaxın günlərdə məlumat verdilər ki, qazimiz 3 ildir nişanlıdır, ev şəraitsizliyinə görə ailə qura bilmir. Biz də Rayon İcra hakimiyyəti olaraq qərar verdik ki, qazimizə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həm toy edək, həm də mənzil şəraitinin yaxşılaşdırılması üçün ev tikintisinə başlayaq”.
Daha ətraflı videomaterialda: