24 yaşlı oğlan həkim səhvinin qurbanı olub. Qolları və ayaqları amputasiya edilib. Moderator.az xəbər verir ki, dəhşətli hadisə İspaniyada baş verib. Mursiya şəhərində yaşayan idmanla məşğul olan 24 yaşlı Devid Moranoy yüksək temperaturu və bədənində ağrıları olduğu üçün həkimə müraciət edib. Həkimlər onu müayinə etsələr də, şübhəli heç nəylə rastlaşmadıqlarından ona qrip olduğunu deyib müalicə yazaraq evə göndəriblər.
Sonradan halı daha da pisləşən gənc oğlan yenidən xəstəxanaya yerləşdirilib. Halsız vəziyyətdə olan Devidin bədənində də ləkələr yayılmağa başlayıb. Həkimlər düşünüblər ki, onun bədəninə infeksiya düşüb. Onlar bu düşüncəylə gənc oğlanın qollarını və ayaqlarını apmutasiya ediblər.
Qoyduqları diaqnozun və etdikləri əməliyyatın yanlış olduğunu görən həkimlərin əlindən heç nə gəlməyib. İdmançı gənc həkim səhvinin qurbanı olaraq həm qollarından, həm də ayaqlarından olub.