ilahıyatçıların sözlərinə görə, Məhəmməd peyğəmbər iftarın savabı haqqında buyurur ki, kim oruc tutan şəxsə hətta bircə xurma ilə iftar verərsə, Allah yolunda bir qul azad etmiş olar. İftar süfrəsinə yalnız maddi baxımdan ehtiyaclı olan insanların dəvət olunması da düzgün hesab olunmur. Çünki onlar narahat ola bilərlər. Həm maddi durumu yaxşı olanlar, həm də ehtiyaclı insanlar bir yerdə iftar açsa, bu həm də sosial bərabərliyin təmin edilməsinə xidmət etmiş olar. Çünki orucun fəlsəfəsi budur ki, həm də zəngin insanlar fəqirlərin, ehtiyaclı insanların halından xəbərdar olsunlar.
İftar süfrəsi adı ilə zənginlərin toplaşması isə birmənalı deyil. Zəngin insanlar iftar süfrəsinə yalnız öz təbəqəsindən olanları toplamamalıdır. Bu düzgün deyil. İftar süfrəsində həm də ehtiyaclı insanlar olmalıdır. İftar oruc tutanlara verilir. Amma oruc olmayan, yaxud ateist olan biri iftar süfrəsində oturubsa, onun kənarlaşdırılması da doğru deyil. Hər halda iftar adından da bəlli olduğu kimi oruc tutan şəxslərə verilir.
İftar süfərsində kimlər əyləşə bilər? – Ramazan haqqında bilmədikləriniz
Müqəddəs ayda insanları maraqlandıran suallardan biri də iftar süfrəsi ilə bağlıdır. Ramazanda imkanlı şəxslərin bir qismi insanlar üçün iftar süfrəsi açırlar. Bəzən iftarda oruclu olmayan insanlar da müşahidə etmək olur. Bəs bu nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı məlumatları təqdim edirik.
Bu mövzu hər ramazanda müzakirə olunur. Müşahidələrə görə, oruc tutmayan, içki içən, hətta Allahın varlığını qəbul etməyən ateistlər belə bəzi hallarda iftar süfrələrində əyləşirlər. Bəs İslam dininin bu barədə göstərişləri nələrdir? İftar süfrəsində kimlər olmalıdır? Oruc tutmayanların həmin mərasimlərə dəvət olunması düzgündürmü?