İgid dənizçi-döyüşçü Elvin…

İgid dənizçi-döyüşçü Elvin…

Azərbaycan Ordusunu daha bir qəhrəman oğlu, Baş leytenent Elvin Hüseynov.

Müstəqil.Az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən verilən məlumata görə AXDG QSC  Mühafizə İdarəsinin növbə rəisi vəzifəsində çalışan Hüseynov Elvin 28 il Ermənistanın işğalı altında qalan Füzuli rayonunda anadan olub.  II QArabağ savaşı başlayana qədər daima torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün döyüşə qatılacağı günü gözləyib.

Nəhayət, zaman yetiıdi və Ali Baş Komandanın əmri verildi.

Döyüşçü dostları ilə birlikdə düşməndən azad olunan torpaqlarımızda düşmənə Azərbaycan əsgərinin gücünü və yurdsevərliyini göstərib. Dəfələrlə ağır yaralıları çiynində kilometrlərlə döyüş bölgəsindən sağ salamat çıxarıb, yenidən döyüşə qatılıb və yenə də ağır yaralılarımızın döyüş bölgəsindən çıxarılmasında fiziki gücündən istifadə edib.

Şuşanın azad olunması istiqamətində düz 6 gün ac-susuz qalıblar. Doğma dağlarımızda bitən itburnu ilə, giləmeyvələrlə qidalanıb, təbii sularımızdan içiblər. Sonda  Azərbaycan xalqına qələbə sevincinin göz yaşlarıni içiblər…

Qhrəmanımızı tanıyaq…

Faiq B.

 

 

Share: