İgid odur atdan düşə, atlana…

İgid odur atdan düşə, atlana…

Mübariz Mənsimova qara yaxıb, şər atanların arzusu ürəklərində qaldı. Güman etdikləri nəinki onu sarsıtdı, əksinə, bir az da mətinləşdirdi, MÜBARİZ etdi. Çünki, onun tutduğu haqq yoldu. Haqlını da Allah özü mühafizə edir. Sınağa çəkir.

 

Barmaqla sayıla biləcək qədər bu sınaqlardan üzüağ çıxır. Mübariz Mənsimov məhz belələrindəndir. Heç bir təzyiq, heç bir əzab onu xeyirxah əməllərindən yayındıra bilmədi. Əksinə, Vətənə məhəbbəti, insanlara sevgisi daha da artdı. Çünki, çətin günündə milyonlarla insan “yoruldum” demədən onu müdafiyəyə qalxmışdı. Etiraf edim ki, ömrümdə belə təmənnasız sevgi görməmişəm. Əslində bu tək Mübarizin minlərlə insana təmənnasız etdiyi yaxşılığın cüzi qarşılığı idi. Özünə olan diqqəti görüb etdiyi xeyirxah eməllərə bir daha haqq qazandırdı.

Açıklama yok.
Şükürlər olsun ki, haqq nazilsə də qırılmadı. Ədalət zəfər çaldı. Bu gün işini bərpa etməyə çalışan BÖYÜK ŞƏXSİYYƏT xeyriyyəçilik əməllərinə də start verib. Belə ki, Türkiyədə təhsil alan yüz tələbəyə təqaüd verməyə, Azərbaycanın Milli qəhrəmanların adlarını gəmilərə verib, əbədiləşdirmək kimi qərarlar qəbul edib. Ən sevindirici, qürurverici əməllərdən biri də Milli qəhrəman, general Polad Həşimovun nurüzlü anası Səmayə xanımı İstanbula dəvət edib, oğlunun adına gəmi verməsi ilə sevindirməsidi. Düzü onun bu addımı bütün xalq tərəfindən razılıqla, minnətdarlıq hissi ilə qarşılandı.
İnsanın qanında mərdlik varsa o heç kəsə pislik haqda fikirləşmir. Qurban kişi kimi zəhmətkeş bir atanın, Zümrüd xanım kimi bir ananın övladından məhz belə əməllər gözləmək olar. Özündən çox xalqını, işçilərinin düşünən bir insana sevgi bəsləmək lazımdı, şər atmaq yox.
Üzündə nur olan bu təvazökar insanla bir-iki görüşümüz olub. Ünsiyyətdə olanda görmüşəm ki, bu insan ona olunan pisliklər haqda heç fikirləşmir. Bir məqsədi varsa o da insanlara faydalı olmaqdır. Bəlkə elə buna görə də Ulu Tanrı onu pənahında saxlayır, pisliklərdən qoruyur.
Allahın nəzəri həmişə üstündə olsun, dəyərli insan. Çətin və şərəfli işində yolların açıq olsun.
Sən bizim fəxrimiz, qürur yerimizsən.

Şərafəddin İlkin,
Şair-pulisist.
Prezident təqaüdçüsü.

Share: