Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu fevralın əvvəlindən “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsinin icrasına başlayıb.
1 fevral – 1 may 2022-ci il tarixlərində, 3 ay müddətində həyata keçirilməsi planlaşdırılan layihə zamanı Qarabağdakı möhtəşəm Qələbəmiz ilə bitən 44 günlük II Vətən müharibəsində igidlik göstərənlərin qəhəmanlıqları fərqli formalarda – innovativ-kreativ təbliğat və tanıtım tədbirləri vasitəsi ilə gənclərə çatdırılması nəzərdə tutulub.
“Qayğı və Himayə” Xeyriyyə Fondunun və “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsinin rəhbəri, tanınmış şairə-publisit Gülayə Rzayeva mətbuat üçün açıqlamasında bildirib ki, maraqlı fəaliyyət növləri ilə qəhrəmanlıq tariximizi əbədiləşdirmək niyyətindədirlər:
“Layihəmiz ənənəvi – klassik yazı və yeni vizual formaları sintez etməklə, gələcəyin əsgərləri sayılan məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canından keçmək kimi müqəddəs hissləri aşılayan, hər iki Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını gələcək nəsillərə tanıtmağa yönəlib. Bu istiqamətdə ənnənəvi və yeni metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın əbədi-vizual obrazlarını özündə birləşdirən əsərlərin kağız və elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq vizual / virtual məhsullar, 4 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə tanıtım aksiyalarını təşkil etməyi düşünürük.
Ədəbi müsabiqə keçirməklə müxtəlif yaradıcı insanları Vətən qarşısında qəhrəmanlıq, müharibə iştirakçılarına ehtiram və Qarabağın dirçəlişi məsələləri mövzusunda dövlətə yardımçı ola biləcək, müxtəlif sahələrə aid milli ruhlu peşəkarların yetişdirilməsinə həvəsləndirəcək əsərləri yazmağa motivə edilməsi nəzərdə tutulur. Sonda da kağız kitab və onun elektron variantı gənclər arasında yayımlanacaq, TV proqramlar, yeni media məhsulları vasitəsi ilə vətənpərvərlik təbliğ olunacaq.
Post-müharibə dövrlərində müəyyən ictimai-psixoloji boşluq, mənəvi-ruhu böhranlar baş alıb gedir. Azərbaycan cəmiyyətini və ölkəmizi bunun zərərli təsirlərindən qorumaq, mərhələləi şəkiləd sosial-məişət problemləri həll olunan hərbiçilərin radikal daxili və xarici qüvvələrin təsirinə düşməmələri üçün onların Vətən qarşısındakı rəşadətli qəhrəmanlıqları siyasi-mənəvi ideologiya səviyyəsində təbliğ olunmalıdır. Şəhidlər və qazilər, qəhrəmanlarımızın hər zaman xalq, Vətən üçün gərəkli olmaları təbliğ edilməli, onların möhtəşəm qələbələri ideoloji texnologiya vasitəsinə çevrilməsi üçün kreati-innovativ formalarda uşaqlara, yeniyetmələrə, gənclərə, gələcək nəsillərə tanıdılmalıdırlar.
Gənc nəsil Vətən üçün fədəkarlıq göstərilməsinin başqa formaları üçün – Qarabağa qayıdış, o torpaqlarımızın dirçəldilməsi, ümumiyyətlə ölkəmizin sivil inkişafı üçün həvəsləndirilməli, qəhrəmanlığın meydanının artıq dünya arenasında Azərbaycanın tanıdılması üçün intellektini, yaradıcı təxəyyülünü, kreativ imkanlarını ortaya qoyulması həvəsləndirilməlidir. Sadalanan məsələlərdə yaradıcı şəxslərin əsərlərini özündə toplayan müsabiqə və nəticəsi olaraq kitabın çapı, yayılması, vizual məhsullarda fikirlərinin çatdırılması, virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.
Hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni müsabiqə və onun nəticəsi olaraq ayrıca kağız/elektron kitabın çapı, təqdimatı ilə yanaçı onlayn TV-də canlı tele-debatların – vizual məhsulların çəkilməsi, yerləşdirilməsi, müxtəlif tanınmış şəxslərin mövzu ilə bağlı fərqli fikirlərinin cəmiyyətə, xüsusən yeni nəslin nümayəndələrinə çatdırılması, ən yeni nəslin nümayəndələrinin qəbul etdiyi virtual formada debat və kampaniyaların təşkili xüsusi önəm kəsb edir.
Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.
Hazırlanan vizual-virtual, ədəbi məhsulların İnternetdə yerləşdirməklə daha çox şəxsi əhatələməyi, açıq istifadəyə verməyi, onların virtual sərgisini təşkil etməyi, müxtəlif formatlı vizual-virtual məhsullar hazırlayaraq videopaylaşım platformaları və İnternet TV-lərdə yaymağı, mütaliəyə meyilli intellektual, yüksək estetik dəyərlərə meyilli hərbiçi nəslinin formalaşmasına yardımçı olmağı qarşısıya məqsəd qoyulub.
Real tanıtım tədbiri, eləcə də sosial şəbəkələrdə yaradılacaq resurslarda – səhifələrdə virtual fəaliyyətləri dəstəkləməklə, İnternet, sosial şəbəkələr, kitablar, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ təbliği üçün “İgidlik zirvəsi” İnternet resursu – sosial şəbəkələrdə virtual fəaliyyətlər, neo-vətənpərvərlik mədəniyyətinin formalaşdırılması əsas prioritet istiqamətlərdir.
Şəhidlik, hərbi-vətənpərvərlik, müharibə, qələbə kimi mövzularda ədəbi-sənət müsabiqəsinin təşkili, şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni əsərlərin yaratmağa iştirakını təşviqi əsas görülsi işlərimizin sırasındadır. Elektron resurslarda hərbi-vətənpərvərlik əsrlərindən ibarət yazıların yayımı, şəhid və qazilərin igidliklərini əbədiləşdirən almanaxın kağız formada nəşri, bu mövzu qəhrəmanlarını – şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda yayıma hazırlanması, İnternetdə yerləşdirmək, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə vermək fikrindəyik. Yeni İKT formatlarında – vizual, yəni teledebat janrında 4 buraxılış onlayn TV veriliş çəkilişləri, montajı və yayımı, sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçirilməsi, virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsullarında orta məktəbin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə verməyi nəzərdə tutmuşuq. İnternetdə – Feysbukda “İgidlik zirvəsi” sosial vətənpərvərlik şəbəkə resursunu yaratmaq və orada nəşr, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparmaq, e-kitab və rəqəmsal məhsulların e-sərgisini keçirmək də planımıza daxildir.
Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, intellektual hərbiçilərin və peşəkarların formalaşmasına təkan verən tanıtım və təbliğatın aparılması, gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılamaq, almanaxın virtual-vizual məhsulların təqdimat mərasimini keçirmək, İnternet, Feysbuk, Tvviter, İnstaqram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənməsi, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığını təşkil etmək əsas məqsədlərimizdəndir.
Şəhid ailə üzvləri, anaları, qazilər, hərbiçilər, gələcəkdə vətən qarşısında müqəddəs borcunu yerinə yetirəcək yeniyetmələr, gənclər, tələbələr, əsgərlər, hərbi-vətənpərvərlik mövzusunda yazan yazıçılar, şairlər, publistlər, bloqerlər, KİV nümayəmndələri, TV və İnternet mütəxəssisləri layihədən faydalana bilərlər. İnternet və sosial şəbəkələr vasitəsilə bütün respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil soydaşlarımızı əhatə etmək mümkündür. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, gələcəyin əsgəri və hərbiçisi olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və təhsil imkanlarının artırılmasına alternativ – elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, yazıçılar, e-kitab yayımçıları müəllimlər və layihəmizin əsas hədəf qrupları sayılırlar…”
Layihənin gözlənilən nəticələr, onların qiymətləndirilmə meyarları və davamlılığı haqqında da məlumat verən G.Rzayeva aşağıdakıları qeyd edib:
“Şəhidlik, hərbi-vətənpərvərlik, müharibə qələbəsi, kimi mövzularda ədəbi-sənət müsabiqəsi keçiriləcək, yaradıcı insanlar orda iştirak edəcək. Müxtəlif nəsil şair, yazıçı, publisit və bloqerlərin bu janrda yeni ədəbi əsərlər yaratmağa iştirakını təşviq olunacaq, fərqli janrlarda yeni vətənpərvərlik əsərləri yazılacaq, yayılacaq. İnternet ve müxtəlif elektron resurslarda hərbi-vətənpərvərlik mövzusu gündəmə gətiriləcək, şəhidlik, qazilik, qələbə mövzulu əsərlərdən ibarət bölümlər yaradılacaq. Müharibə, şəhid və qazilərin igidliklərini əbədiləşdirən əsərlərdən ibarət Almanaxın kağız formada nəşr olunacaq, təqdimatı keçiriləcək, onların ailə üzvləri mənəvi cəhətdən dəstəklənəcək. Milli-mənəvi dəyərlər, vətənpərvərlik, qəhrəmanlarını – şəhid və qazilərin igidliklərini əbədiləşdirən toplunun elektron formatda nəşrə hazırlanacaq, İnternetdə azad yayılacaq, istifadəçilərin, xüsusən də gənclərin, tələbələrin, əsgərlərin istifadəsinə veriləcək. Yeni İKT formatlarında – vizual, yəni teledebat janrında 4 buraxılış onlayn TV veriliş çəkiləcək yayımı daimi təşkil olunacaq. Sosial şəbəkələrdə virtual aksiya, görüş, tədbirlərin keçiriləcək, şəbəkədə yayılacaq. Virtual formatlarda foto-video, sosial media janrlarında virtual-elektron məhsulları orta məktəbin şagirdlərini, peşə məktəblərinin tələbələrini, həmçinin, gənclər və hərb sənəti ilə maraqlananların istifadəsinə veriləcək. İnternetdə – Feysbukda “İgidlik zirvəsi” sosial vətənpərvərlik şəbəkə resursunu yaradılacaq və orada nəşr, vizual-virtual məhsulların elektron yayımını ardıcıl aparılacaq, e-kitab və rəqəmsal nəşrlərin e-sərgisini keçiriləcək. Gənclər arasında hərb sənətinə marağı artırmaq, hərbi-vətənpərvərlik, milli-mənəvi dəyərlər üstünlük verən, Qarabağ torpaqlarımızı azad etmək üçün intellektual hərbiçilərin və peşəkarların formalaşmasına təkan verən tanıtım və təbliğat aparılacaq. Gənc əsgərlərə, hərbiçilərə İKT bilgilərinin, yeni virtual oxu və e-yazı mədəniyyəti, bilik və bacarıqlarını aşılanacaq. Nəşr olunacaq kitabın, virtual-virtual məhsulların təqdimat mərasimi keçiriləcək. İnternet, Feysbuk, Tvviter, İnstoqram, TikTok və Youtube və b. şəbəkələrdə bu istiqamətdə fəaliyyətlərin dəstəklənəcək, gənclərin, yeniyetmələrin, əsgərlərin intellektual səviyyəsini yüksəltmək üçün layihənin davamlığı təşkil olunacaq. Ənənəvi – yazılı, elektron, virtual KİV-də ardıcıl bu mövzuda və layihə fəaliyyətləri haqqında materiallar hazırlanıb yayılacaq.
Layihəylə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, təşkilatın saytında, sosial şəbəkələrdəki resurslarında – səhifə və qruplarında yerləşdiriləcək. Agentlik, AYB, dövlət və ictimai qurumların ekspertləri tərəfindən görüləcək işlərin qiymətləndirilməsinə şərait yaradılacaq.
Mədəniyyət, ədəbiyyat, vətənpərvərlik sahəsində silsilə layihə həyata keçirən, kitablar nəşr etdirən qurum olaraq müxtəlif dövlət qurumlarının maliyyə dəstəyi ilə milli-mənəvi dəyərlərin təbliği, hərbi-vətənpərvərlik mövzuda müsabiqələrin təşkili və kitabların nəşri istiqamətində peşəkar – sahəvi bilgilər, təcrübələr əldə etmişik. Təşkilat üzvlərinin əksəriyyəti yaradıcı qələm adamları, tanınmış imza sahibləri və sözlə-sənətlə işləyən elm adamları, İnternet – sosial şəbəkələrdən faydalanan, tanınan kreativ şəxslərdir.
İndiyə qədər reallaşdırdığımız layihələr, həyata keçirtdiyimiz kreativ işlər, çoxillik səmərəli fəaliyyətimiz cəmiyyətdə böyük əks-səda yaratmış, orta və ali təhsil ocaqları, dövlət və ictimai qurumlar, mədəniyyətyönümlü QHT-lər tərəfindən indiyə qədər də faydalanılır. Yazılı və elektron KİV-dəki çoxsaylı məlumat və materiallar, eləcə də ekspertlərimizin çıxışları bir daha sübut edir ki, cəmiyyətimiz üçün faydalı işlər ortaya qoymağı bacarmışıq…”
“Qayğı və Himayə” Xeyriyyə Fondunun Mətbuat Xidməti