II “4.4” Qısa Tamaşalar Festivalı başa çatıb

II “4.4” Qısa Tamaşalar Festivalı başa çatıb

Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkilatçılığı ilə keçirilən II “4.4” Qısa Tamaşalar Festivalına yekun vurulub.

Kulis.az xəbər verir ki, “Şuşa İli”nə həsr olunmuş festival maraqlı səhnə əsərlərinin nümayişi, panel müzakirələr, ustad dərsləri ilə yadda qalıb.

Festival pandemiya dövründə durğunlaşmış teatr mühitini yenidən canlandırmaq, teatra yeni nəfəs vermək məqsədilə keçirilib.

Bu dəfə festivala göndərilən 20 tamaşadan nümayiş üçün 12-si seçilib. Onlardan 6-sı Bakı, 4-ü bölgələrdə fəaliyyət göstərən dövlət teatrları, 2-si isə müstəqil teatrlara aiddir.

Proqramda müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına da baxıblar.

Beş gün davam edən festivala qalib tamaşaların mükafatlandırılması ilə yekun vurulub.

Share: