Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən vəsait açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dəfn mərasiminə 161.7 milyon funt-sterlinq xərclənib.
Britaniyanın Maliyyə Nazirliyinin birinci müavini Con Qlen qeyd edib ki, bu vəsait 11 günlük milli matəmə və kraliçanın dəfninə xərclənib.
Qeyd edək ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib.