II Elizabetin səhhəti pisləşdi: Taxtın varisi Şotlandiyaya yollandı

II Elizabetin səhhəti pisləşdi: Taxtın varisi Şotlandiyaya yollandı

Kraliça II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.

Bu barədə Bukingem sarayı rəsmi açıqlama yayıb.

Bildirilir ki, kraliça bir müddət xüsusi həkim nəzarətində olacaq.

BBC-nin öz mənbələrinə istinadla məlumatına görə, taxtın varisi şahzadə Çarlz və şahzadə Uilyam hazırda Şotlandiyaya – kraliçanın yanına yollanıblar.

Xatırladaq ki, kraliçanın səhhətində uzun müddətdir ki, problemlər yaranıb. Bu səbəbdən hətta Britaniya tarixində ilk dəfə olaraq o, hökumət başçısını Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin etdi.

Share: