Azərbaycanda keçirilən II ixtisas qrupu üzrə ən yüksək göstərici – 691.2 bal toplayan şagird Əflan Bədəlovdur.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, Salyan şəhər Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi olub:
“Mən hər gün universitetə hazırlaşmaq üçün 3-4 saat dərs çalışmışam, vaxtaşırı dərsləri təkrarlamışam. Nəticədə qəbul imtahanında yüksək bal topladım. Ali təhsilimi hansı universitetdə alacağım barədə qərar verməmişəm. Əgər alınsa, dövlət xətti ilə xarici ölkədə təhsil almaq istəyirəm”.
Ə.Bədəlov 3 qat respublika fənn Olimpiadasının qalibidir. O, buraxılış imtahanında 291.2 balla rayon birincisi olub.
İ