23-25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə “II Sumqayıt Kitab Sərgisi” həyata keçiriləcək.
Kulis.az xəbər verir ki, ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq sərgidə, eyni zamanda tanınmış ədiblər, ictimai xadimlər, incəsənət nümayəndələri ilə görüşlər keçiriləcək, müxtəlif mədəni tədbirlər həyata keçiriləcək.
Bundan başqa sərgi çərçivəsində ebru sənəti, gips və kətan boyama kimi master-klaslar olacaq, müxtəlif dekorasiyalarda əyləncəli fotozonalar təşkil ediləcək.
Sərgi müxtəlif görüşlər, imza saatları, panellərlə də zəngindir.