Baltikyanı ölkələr ərazilərində NATO qoşunları yerləşdirərək ABŞ-ın girovu olublar.
Bunu “Sputnik” agentliyinə müsahibəsində Milli Təhlüksizlikdə İctimai Problemlərin Öyrənilməsi Mərkəzinin rəhbəri və istefada olan polkovnik Aleksandr Jilin bildirib.
“Faktiki olaraq, Amerikanın hücum silahları yerləşdirilənə kimi nə Latviya, nə Litva, nə Estoniya, nə də Polşa və Rumıniya bizim nüvə güclərimizin strateji hədəflərinin siyahısına daxil idi. Biz ümumiyyətlə, onlara ciddi rəqib kimi baxmırdıq. Və onların təhlükəsizliyi yüksək səviyyədə idi”, – ekspert deyib.
Jılin vurğulayıb ki, münaqişə, həmçinin III Dünya müharibəsi halında məhz bu ölkələr hərbi toqquşmaların mərkəzində olacaqlar.