III Karl Britaniya şahzadələrindən barışmağı tələb edib

III Karl Britaniya şahzadələrindən barışmağı tələb edib

Uels şahzadəsi Uilyamla həyat yoldaşı Keyt Middlton ictimaiyyət qarşısına Sasseks hersoqu Harri və həyat yoldaşı Meqan Marklla birlikdə çıxıblar.

Sentyabrın 10-u axşam cütlüklər Vindzorda toplaşan britaniyalıların önündə birgə yürüş ediblər.

40 dəqiqəlik gəzinti zamanı şahzadə qardaşların ataları III Karlın tələbilə bir araya gəldikləri məlum olub. Belə ki, yeni monarx övladlarından nənələri II Elizabetin xatirəsinə hörmət əlaməti olaraq bir araya gəlməyi xahiş edib.

Şahzadə Uilyam və Keyt Middlton Harri və Meqana tədbirdən 11 saat əvvəl yürüşdə birgə iştirak etmək üçün dəvət yollayıblar.

Bu, iki qardaş arasındakı münasibətlərin tarixində əlamətdar bir an hesab olunur.

Belə ki, sonuncu dəfə onlar martın 9-da Britaniya Həmrəylik Gününün qeyd edilməsi zamanı ictimaiyyət qarşısına birlikdə çıxıblar.

Mənbə: gazeta.ru

Share: