Ağcabədidə 20 ton taxıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Ağcabədi RPŞ-yə müraciət edən rayon sakini ona məxsus anbardan 20 ton taxılının oğurlanması barədə məlumat verib. Əməli törətməkdə şübhəli bilinən rayon sakini Şamil Məmmədov saxlanılıb.
İlkin araşdırmalarla onun cari ilin iyul-avqust aylarında anbardan 16 min manat dəyərində taxıl oğurladığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.