İki balina ov zamanı 17 köpək balığını yedi

İki balina ov zamanı 17 köpək balığını yedi

Cənubi Afrikada bir cüt erkək balina iki saat davam edən ov ərzində 17 köpək balığını öldürüb.

Məlumatına görə, elm adamları 2009-cu ildən bu “bədnam” su qatillərini izləyirlər.

Belə ki, mütəxəssislər növbəti araşdırma zamanı qeyd ediblər ki, qatil balinalar sahildən uzaqlaşmadan kiçik bir ərazidə ova çıxırlar.

Sonuncu belə ovdan sonra tədqiqatçılar Mirvari Sahilində uzunluğu 3 metrə çatan 17 yeddiqəlsəməli köpək balığının qalıqlarını tapdılar.

Alimlərin sözlərinə görə, hər bir cəsəd parçalanıb və onların xüsusilə qaraciyəri yeyilib.

Bildirlib ki, bu,bölgədə qeydə alınan ən qanlı ov olub.

Mənbə: life.ru

Share: