İki deputatın parlament tualetində biabırçı hərəkəti… – Ölkə çalxalanır

İtaliya ölkə parlamentində baş vermiş biabırçı hadisəyə görə çalxalanır.

Müstəqil.Az Teleqraf.com xəbər verir ki, parlamentin iki millət vəkili ayaqyolunda cinsi əlaqədə olduğu an yaxalanıb.

Xalq sosial şəbəkələr vasitəsilə bu deputatların adının ictimaiyyətə açıqlanmasını tələb edir.

Məlumata görə, parlamentin ayaqyolunda biabırçı hadisə koalisiya ortağı olan “Beş ulduz” hərəkatı ilə “Şimal Liqası”ndan olan iki deputat arasında baş verib.

Deputatların adları və görüntüləri şəxsi həyatın gizliliyi səbəbindən açıqlanmır.

Share: