Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
İki kişi yaşadığı evdə dəm qazından zəhərlənib. Biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, ölən şəxs 1964-cü il təvəllüdlü Mustafa Bayramovdur. Yaralının şəxsiyyəti müəyyənləşdirilir.