İyulun 22-si filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Mütərcim» Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisi, «Mütərcim» dərgisinin baş redaktoru və naşiri, görkəmli alim, tərcüməçi, əziz dostumuz hörmətli Telman Vəlixanlının 60 yaşı və onun təsisçisi, naşiri olduğu, fədakarcasına ömrünün yarısını həsr etdiyi, ölkəmizdə və ədəbi mühitimizdə öz məxsusi yeri və xüsusən tərcümənin nəzəri məsələlərini işıqlandırmaq baxımından yeganə olan “Mütərcim” jurnalının 30 yaşı tamam oldu.
Müstəqil.Az xəbər verirki bu sözləri AYB-nin Beynəlxalq məsələlər üzrə katibi, şair Səlim Babullağlu özünün sosial şəbəkədəki divarında yazıb. O qeyd edib ki, bu münasibətlə hörmətli Telman müəllim Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə mükafatına, “Mütərcim” jurnalı isə Birliyin Xüsusi Diplomuna layiq görülüb.
Yaxın zamanlarda mükafat sahiblərinə təqdim ediləcək.
Əziz Telman müəllimi, “Mütərcim” dərgisinin kollektivini təbrik edir, Azərbaycan Yazıçılar Birliyinin katibiliyi adından ən səmimi arzularımızı çatdırırıq.
Çox yaşasın, Telman müəllim ! Sağlam yaşasın! Həmişəki kimi yaradıcılıq enerjisi tükənməsin!
Qoy “Mütərcim” də uzun ömürlü olsun!
Müstəqil.Az