Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən İlham Ağayevin “İkinci azan” hekayəsini təqdim edir.
Arif Səhər tezdən yerində oyanmışdı, onu belə tez yuxudan oyanmasına səbəb qonşunun heyrati xoruzu deyildi, nədə ki, telefonunda öncədən səhər tezdən oyanmaq üçün qurduğu zəngli saat, sübh namazından bir müddət sonra eşitdiyi ikinci azan səsi idi, bəli, kənddə rəhmətə gedən var idi,öz özünə yerində düşündü görəsən kim rəhmətə gedib?! Sonra özü özünə maraqlı cavab da verdi: ”əsas odur mən deyiləm”
Sonra yavaş-yavaş aşağı düşüb əl üzünü yumağa getdi, ikinci azanı eşidən təkcə Arif deyildi, atası yəni Maarif kişi və anası Yasəmən Xala da bu gözəl duanı (Azanı) eșitmișdilər amma səbəbinə də üzülmüşdülər ,onlar da yavaş-yavaş yerlərindən qalxıb əsnəyə-əsnəyə həm səhər yeməyi yemək üçün həm də kimin rəhmətə getdiyi öyrənmək üçün aşağı düşdülər, günəş buludların arasından gizlənqaç oynayan uşaqlar kimi yavaş-yavaş çıxırdı, bayırda yazın gözəl havası var idi, kənddə iş yerləri az olsa da az sayda insan da səhər tezdən işə tələsirdi, Maarif kişi əl üzünü yuyan zaman çəpərin o biri tərəfində qonşusu Saleh kişini görüb ondan kimin rəhmətə getdiyini soruşdu:
– Maarif: sabahın xeyir ay qonşu, sabah sabah xoş xəbər alarlar amma xeyirlə şər, onsuz da, qardaşdır, bilmirsən kim rəhmətə gedib?
– Saleh: hər vaxtın xeyir qonşu, Allah ölənlərinizə rəhmət eləsin,naxırçı Cəfər dayı rəhmətə gedib
– Maarif: Allah rəhmət eləsin, heyf yaxşı kişi idi, heç kimlə işi yox idi…
Bir stəkan çay içim, düşüm həyətə gedək hüzür yerinə ayıbdır.
– Saleh: yaxşı, məndə yuxarıdan təsbehimi götürüm,araqçınımı qoyum düşüm aşağı gedək.
Maarif kişi yuxarı çıxdı Yasəmən xalanın hazırladığı səhər yeməyi süfrəsindən armudu stəkaninda olan çayını içib,süfrəyə toxunmadan tələm-tələsik ayağa qalxdı,Yasəmən xala Maarif kişidən yarı təəccüblü halda soruşdu:
– “ac qarına ilıq çay içib hara tələsirsən belə”
– Maarif kişi: naxırçı Cəfər dayı rəhmətə gedib Saleh ilə ora gedirik,sizdə Gülnarə bacı ilə (Saleh kişinin ömür gün yoldaşı) ilə gələrsiniz.
Maarif kişi ilə Saleh kişi hüzr yerinə yola düşdülər, Yasəmən xala da süfrəni yığışdırdıqdan sonra, Gülnarə xala gilə hüzr yerinə gedəcəkləri vaxtı dəqiqləşdirməyə getdi.
Arif əl-üzünü yuyandan evin digər otağında oturub elə hey düşünürdü görəsən niyə insan ölən zaman azan verilir, axı azanı kənddə adətən yaşlı kişilər namaz vaxtı verirdilər, bəs görəsən ikinci azanın gün ərzində azı 3 dəfə eşidilən azandan fərqi nə idi?! Arif çox təəccüblənmişdi, səhər-səhər iştahası da qaçmışdı, axı azanın sözlərində dəyişiklik yox idi, bir xeyli düşündükdən sonra Arif təəccübünün, gizlətdiyi qorxusunun və qaçmış iştahasının səbəbini tapdı bu Azanın səsləndirilməsinin səbəbi idi yəni “Ölüm” (kiminə görə yeni bir başlanğıc, kiminə görə isə istənməyən sonluq),”İkinci Azan “ ilə gün ərzində səslənən azanların fərqi bu idi Arifə görə, səhər ikinci azanı eşidən zaman yerində özünə verdiyi suala öz verdiyi cavabı düşdü yadına: ”əsas odur mən deyiləm”, Müvəqqəti də olsa rahatlıq tapdı və Allaha şükür edib ayağa qalxdı və ayaq üstü süfrədən bir ədəd qaynamış kənd yumurtası götürüb tez bazar onu yeyib, köhnə paltarlarını geyinib hüzr yerinə kömək etməyə yollandı!