Koronavirus pandemiyasının ikinci dalğasının yayılma ehtimalı ən yüksək olan ölkələrin siyahısı hazırlanıb.
Publika.az “Qardiyan”a istinadən xəbər verir ki, mövzu ilə bağlı İngiltərənin nüfuzlu Oksford Universiteti araşdırma aparıb.
Bir çox ölkədə qabaqlayıcı tədbirlərin yumşaldılması səbəbilə yenidən yoluxmalarda artımın qeydə alınmasından sonra 45 ölkədən 25 min yoluxma üzərində araşdırma həyata keçirən universitetin siyahısı belədir:
Almaniya
Ukrayna
ABŞ
İsveçrə
Banqladeş
Fransa
İsveç
İran
İndoneziya
Səudiyyə Ərəbistanı
Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderland isə karantin rejiminin yumşaldılmasına rəğmən, yoluxma saylarında böyük artımların olmadığı ölkələr siyahısına daxil edilib.
Zümrüd