Daxili İşlər Nazirliyinin ölkədə qanunsuz narkotik ticarətinə qarşı başlatdığı böyük kampaniya ən yüksək səviyyədə davam etdirilir.
Müstəqil.Az-ın əldə etdiyi məlumata görə, bu gün Daxili İşlər Nazirliyində məsələ ilə bağlı hesabat toplantısının keçiriləcəyi gözlənilir. Bildirilir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun birbaşa rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində polis rəislərinin keçirdiyi əməliyyatlar qiymətləndiriləcək, onların hesabatlılığı müzakirə ediləcək.
Nazirin narkomaniyaya qarşı mübarizəni daha da gücləndirmək üçün xüsusi göstəriş və tapşırıqlar verəcəyi də gözlənilir.
Qeyd edək ki, son günlər Daxili İşlər Nazirliyinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı total mübarizə kampaniyası ayrı-ayrı ziyalılar, millət vəkilləri, ictimai fəallar və bütövlükdə əhali tərəfindən böyük rəğbət və dəstəklə qarşılanır.
Müstəqil.Az