“İlhamə Quliyevanın vəsiyyəti var idi, bacıları etmədi”

“İlhamə Quliyevanın vəsiyyəti var idi, bacıları etmədi”

“İlhamə xanım rəhmətə gedən gün hər kəs onun evində yığışmışdı. Ögey bacıları da orada idi. Gördüm ki, evdə atmosfer ağırdır. Hər kəs sual dolu baxışlarla bir-birinə baxır. Evə mən, qızım və Orxandan başqa girən olmurdu”.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri müğənni Əli Mirəliyrvin qızı Samirə “Onun sirri” proqramında mərhum Xalq artisti İlhamə Quliyeva haqda danışarkən deyib. O, müğənninin mirasından söz açıb:

“İlhamə xanımın vəsiyyəti vardı. Həmişə deyirdi ki, əgər mənə bir şey olsa, var-dövlətim uşaq evlərinə, əsgərlərə, kasıblara qalsın. Mən orada olan doğmalara bu vəsiyyəti dedim. Təklif etdim ki, İlhamə xanımın qızıllarından da hər qohuma birini yadigar kimi paylayaq. Mənim sözüm yaxşı qarşılanmadı. İlhamə Quliyevanın mirası ögey bacılarına qaldı. Mənə isə yalnız onun diplomatik pasportu və pişiyi Markis qaldı”.

Müstəqil.Az
Share: