Müəllif: Eynulla Fətullayev
Müasir dünyada belə presedent tapmaq çətindir ki, dövlət və ya hökumət başçısı bütöv dövlətin informasiya müharibəsinə görə məsuliyyətin bütün yükünü, ağırlığını üzərinə götürə bilsin. Sayılı günlər bundan əvvəl özünün dördüncü prezidentlik müddətinin üçüncü ilində İlham Əliyev misli görünməmiş informasiya fəaliyyəti başlatdı və bununla da yetişkin dövlət aparatının fəal işini yerinə yetirmiş oldu. Azərbaycan-Ermənistan sərhədində iyul qarşıdurması günlərindən bu yana yüzlərlə çıxış, xarici KİV-lərə çoxsaylı müsahibələr, yeni siyasi tarixdə görünməmiş rekord-dörd saatlıq müsahibə…
Üstəlik İlham Əliyev dövlət başçısı olaraq gündəlik müşavirələr, hökumət üzvləri, öz köməkçiləri və yaxın ətrafı ilə məsləhətləşmələr keçirir, xarici dövlət başçıları ilə danışıqlar aparır, rəsmi nümayəndə heyətlərini qəbul edir, müxtəlif strukturlarla ölkənin bütün sahələrindəki vəziyyəti müzakirə edir, dövlət miqyaslı layihələri nəzərdən keçirir və təsdiqləyir…Və bütün bunlar tüğyan etməkdə olan pandemiya dövründə baş verir. Və üstəlik istənilən başqa adam kimi prezidentin də şəxsi həyatı var.
Nə qədər də lirik-panqerik stildə təsvir kimi qəbul edilsə də İlham Əliyevin son aylarda gördüyü nəhəng iş bütün təsəvvürləri aşır. Prezident hər gün, diqqətlə, diskussiya-polemika stilində bütün beynəlxalq ictimaiyyətlə qiyabi debatlar aparır, istənilən tənqidə, hücumlara və tendensioz rəylərə cavab verir. İlham Əliyev bütün siyasi rəqibləri, tənqidçiləri və bədxahları üçün açıqdır, hər bir tənqidi səsi və hətta ən məkrli sualı belə səbrlə dinləyir. Və özünə xas əminliklə, səmimiyyətlə və haqlı olaraq kəskin, hərdən qəzəbli, bəzən də sarkazmla antaqonist-bədxahların həmlələrini boşa çıxarır.
Bu, onun qalib gəldiyi müharibə idi…
Prezidentin saatlarla davam edən müsahibələrində, söhbətlərində və çıxışlarında diqqəti cəlb edən nədir? Diskursun çoxsəviyyəliliyi. İlham Əliyev akademik auditoriyada onunla bərabər olanların arasında birincidir. Bu günlərdə dövlət başçısı dünyanın aparıcı analitik mərkəzlərinin rəhbərləri ilə üç saatlıq polemika apardı, özünün dünyagörüş fəlsəfəsini açdı, tarixiliyin üstünlüyünə diqqəti cəlb etdi. İ.Əliyevin anlayışında tarixi ədalət ən yüksək dəyərdir, ancaq hüququn imperativi ilə qəti şəkildə məhdudlaşdırılmış şəkildə. Azərbaycanın tarixi torpaqları-müasir Ermənistan və Yerevan-prezidentin əcdadlarının torpaqlarıdır ki, hər dəfə İlham Əliyevi ona və böyük atasına keçmişdən miras qalmış səhvlərə qayıtmağa vadar edir. Lakin prezident üçün bu, tarixi yaddaş və dəyərlər məsələsidir, mübahisə altına alınan beynəlxalq hüquq deyil.
İ.Əliyev kifayət qədər tez-tez özünün açıqlığı və sözü birbaşa deməsi ilə onu siyasətdən yuxarıda nəyin tutduğuna inandırır. Ona görə də Azərbaycan prezidenti özünün hər çıxışında böyük siyasətdəki sinizmə və əxlaqi dəyərlərin yoxluğuna qarşı çıxır. Onu böyük siyasətdə böyük və sinik yalan heyrətə salır. İ.Əliyev buna görə başa düşüləndir və sadə xalqa yaxındır. O, çəkinmədən öz doğma xalqının dilində danışır. Və akademik səhnələrdən kənarda olan istənilən başqa xalqın dilində.
İ.Əliyevin son publik çıxışları onun şəxsiyyətinin çoxsəthliliyinə dəlalət edir. Xalqa və sadə insanlara yaxın olan xarizmatik lider, digər tərəfdən balanslı, ölçülü-biçili siyasi baxışlara, dərin intellektə, təhsilə və incəliyə malik siyasətçi avropalı liberalları və rus ziyalılarını heyran edir. Qərbli həmsöhbətləri ilə İ.Əliyev tamamilə başqadır-ifadələrində ehtiyatlıdır, epitetlərdə xəsisdir, analitikdir, tamamilə soyuqqanlıdır. Sanki bu sözlər poliqlot İlham Əliyev üçün deyilib ki, dil insan düşüncəsinin strukturudur. Frazeologiya və patetika onun nitqində bir dildən digərinə keçdikcə dəyişir. Burada Azərbaycan prezidentinin daha bir talantı üzə çıxır-incəlik və diplomat qabiliyyəti. Prezidentin şəxsiyyətinin unikal xüsusisiyyəti -onun ilk baxışdan sadə görünməsi və sanki rahatlıq kimi təəsürat yaradan birbaşalığıdır. Bu xüsusiyyət onun rəqiblərini və bədxahlarını tərksilah edir, yalançı tərəfdarlarını və ikiüzlülüləri sanki ələ alır. Lakin İlham Əliyev axı bütün bu adamların bu üzündən baxanda o biri üzünü görür, onların əsl niyyətini hesablayır. Təbiət Azərbaycan prezidentinə daha bir üstünlük verib. Onun böyük səbri var, o gözləyə bilir. Bəzən onillərlə. Hansı ki, bu səbr onun həm ölkə daxilindəki, həm xaricindəki rəqibləri və bədxahları, ikiüzlülər və yalançı tərəfdarları ilə qalibiyyətlə başa çatan savaşlarında özünü göstərib.
Əliyevin nadir xüsusiyyəti var: o, həm uda , həm oyunu bitirə bilir, təzədən oyuna girməyi də sevir. Lakin o, heç vaxt uduzmur. Təəcüblüdür, özünün 60 illik həyatında, sanki ağ köynəkdə doğulmuş bu bəxti gətirən adam təəcüblü taleyi ilə bir dəfə də uduzmayıb.
Əliyev həssasdır, amma emosional adam deyil. Burada çox incə sərhəd keçir. Hərçənd sonradan ona uduzmuş bədxahlarının bir çoxu onun həssaslığını emosionallıq kimi qəbul edirdi. Siyasət emosiya tanımır. Və ona görə də Əliyev 18 ildir həmişə qalib gəlir! Zarafat deyil, tarix-adamdır! Xoşbəxt prezidentdir ki, həyatda bütün hədəflərinə, məqsədlərinə çatıb. Hərçənd özünün hələ tamam olmamış 60 yaşında bütöv dövlət aparatını dəyişdirən xoşbəxt prezident yenə də hansısa xəyallara və məqsədlərə çatmaq istəyir?! Geosiyasətin yolları anlaşılmazdır.
Əliyev ölkəni 18 ildir qələbəyə aparırdı, indi bu haqda onun rəqibləri-Ermənistanın keçmiş və indiki rəhbərləri yorulmadan mühakimələr yürüdürlər. Özünün incəliklə düşünülmüş çoxvektorlu xarici siyasəti və virtouz diplomatik ustalığı sayəsində Ermənistanı hər şeydən məhrum edib onu küncə sıxışdırdı, hansı ki, buna qədər Ermənistanı “Qafqazın xəstə adamına” çevirmişdi. İ.Əliyev geosiyasi şahmat taxtasında parlaq oyun qurdu və onu qalibiyyətlə başa çatdırdı. Onun qurduğu konsepsoya riyazi tənasübdür. Və burada səhvlər ola bilməz. “Dəmir prezidentin” tamamilə soyuqqanlı və ağıllı hesablaması. Hətta hər söz və ya atmaca özünün taleyüklü əhəmiyyətinə və ya simvolizminə malikdir. Yadınızdadırmı, İ.Əliyev müharibənin əvvəlində özünün çıxışlarından birində necəsə demişdi: “Şuşasız bizim işimiz yarımçıq olar!” Heç kim sonuncu döyüşü əvvəlcədən xəbər verən bu atmacaya fikir verməmişdi. Hərçənd həmin vaxtlar Azərbaycan qoşunları hələ əlçatmaz Füzulinin həndəvərində idi.
Hərdən sual verirlər-nəyə görə təkcə Əliyev çıxış edib və çıxış etməkdə davam edir? Nəyə görə dövlət aparatı və onun ətrafı susur? Ona görə ki, bu üstün, möhtəşəm partiya təkcə prezidentindir, hansı ki, hər söz, işarə, hətta təkrar çap belə həlledici rol oynaya bilər.
İlham Əliyev informasiya-siyasi müharibə aparır. Böyük hərb xəritəsində işarələri də o qoyur. O bilirdi ki, böyük dövlətlər necə cavab verəcək. O, bilirdi ki, kimə arxayın olmaq olar, kimə yox. O, bilirdi ki, kim satqın çıxacaq. O, bilirdi ki, Şuşaya kimlərlə gedəcək. O bilirdi. Bu, onun müharibəsi idi və qalib gəldi. Bizim üçün qalib gəldi. Gələcək üçün qalib gəldi. Sabahkı gün naminə. Ona görə qalib gəldi ki, ondan fərqli olaraq bu günkü azərbaycanlıların uşaqları öz əcdadlarının torpaqları üçün darıxmasınlar…