Eks Rusiya senatoru, xeyriyyəçi iş adamı Fərhad Əliyev Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Biznesmenin təbrik məktubunun mətnini təqdim edirik:
Hörmətli İlham Heydər oğlu!
Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm!
Bütün dünya üçün başa çatmaqda olan il iki-üç nəslin həyatında ən ağır illərdən biri oldu. Bu Azərbaycan üçün də olduqca çətin il idi. Lakin Sizin sayənizdə o, dərsliklərə Tarixi Qələbə ili kimi düşəcək.
Siz Qalibsiniz! Mütləq, mübahisəsiz, qeyd-şərtsiz və alternativsiz qalib. Belə qaliblər haqda əfsanələr dolaşır, onların portretləri evləri bəzəyir.
Siz Salah əd-Dinin ələ keçirdiyi Yerusəlim sakinlərinə münasibətdə göstərdiyi xeyirxahlıqla müqayisə oluna bilən həddən artıq xeyirxahlıq göstərdiniz. Siz Qarabağda sona qədər gedə bilərdiniz, amma Sizin humanizminiz və müdrikliyiniz 30 il əvvəl həmvətənlərimizə qarşı onların etdiyi kimi etməyə imkan vermədi.
Mən və ailəm səmimi qəlbdən Sizə bundan sonrakı böyük planlarınızın həyata keçirilməsində uğurlar arzulayırıq. Allah Sizə və yaxınlarınıza cansağlığı versin!
Ad Gününüz mübarək!
Müstəqil.Az