Yaponiya parlamentinin üzvü, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının rəhbəri Akira Amari “Dostluq” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.