İlham Əliyev Rusiyanın ünvanına niyə indi sərt sözlər dedi?

İlham Əliyev Rusiyanın ünvanına niyə indi sərt sözlər dedi?

İrəvanda vəziyyət qarışır, Kreml hər vasitə ilə sülh müqaviləsinə sədd çəkməyə, AB-nin əsas moderator olmaq istəyinə son verməyə çalışır.

Müstəqil.Az  xəbər verir ki, bu sözləri Natiq Cəfərli İrəvandakı Paşinyanın istefası ilə bağlı ardıcıl aksiyalar haqda qeyd edib.

“Prezident Əliyevin son çıxışında Rusiyaya yönəlik sərt açıqlamaların səbəbi də məhz budur – Moskva bölgəmizdə sülhin bərqərar olmasını istəmir, İrəvanda revanşistləri hakimiyyətə gətirməyə çalışır.

Bu gün bizim, Azərbaycan xalqının və dövlətinin Ukraynaya, o mübariz xalqa göstərdiyimiz dəstək tək onların haqlı, hüququn Kievdən yana olduğuna görə deyil, həm də ona görədir ki, Kremlin Ukrayna divarına çarpıb ciddi zəifləməsi bizim bölgəmizə sülh, əmin-amanlıq, dostluq, rifah gətirəcək, Ukrayna Kremlin “imperiya” xülyalarının “qəbiristanlığı” olacaq”.

Qeyd edək ki, İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşü zamanı Rusiyanın Ermənistanı 44 günlük müharibə ərzində dayanmadan silahlandırdığını bildirmişdi.

Müstəqil.Az

Share: