“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər”.
Müstəqil.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə müraciətində deyib.
O, həmçinin ölkəni azad etmək üçün nə qədər lazımdırsa, o qədər mübarizə aparacağını qeyd edib.
“Biz layiqli cavab veririk. Mən sizə yalnız bir şeyi demək istəyirəm: biz ölkəni azad etmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağıq”, – Zelenski bildirib.
Müstəqil.Az