Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimi zamanı görüşə bilər.
Müstəqil.Az xəbər verir ki, “RİA Novosti” agentliyi Azərbaycan prezidentinin iyunun 14-də çempionatın açılış mərasimində iştirak edəcəyini yazıb. Ermənistanın baş naziri də açılış mərasiminə qatılacaq.
Ermənistan mediası Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin ilk görüşünün Moskvada olacağını yazıb.