“ŞAİRİN VƏTƏNİ SEVGİDİR”

İLHAM QƏHRƏMANIN SƏKKİZİNCİ ŞEİRLIƏR KİTABI BU ADLA ÇAP OLUNDU

“Qanun” nəşriyyatında şair İlham Qəhrəmanın yeni şeirlər kitabı çap olunub. Bu haqda artıq kitabın  bütün tirajını mətbəədən təzəcə götürmüş müəllif özü məlumat verib. O, “Şairin vətəni sevgidir” adlanan kitabı 60 yaşının tamamında üzvü olduğu qurum tərəfindən ona bir hədiyyə kimi qəbul etdiyini vurğulayıb. Beləki kitab bütövlükdə AYB-nin maliyyə dəstəyi ilə işıq üzü görüb. Bu münasibətlə İlham Qəhrəman onun yaradıcılığına göstərdiyi diqqətə görə AYB-nin sədri Anar müəllimə təşəkkürünü bildirib. Adı çəkilən kitabda oxucular müəllifin son illərdə yazdığı şeirlərlə yanaşı, əvvəlki kitablarında getmiş şeirlərdən seçmələri də oxuya biləcəklər. Şeirlərin məzmununa görə bölmələrə ayrıldığı kitabda şairin yaxın günlərdə yazdığı “Yaddaş” poeması da yer almışdır. Bundan başqa oxucular müəllifin zaman-zaman yazdığı ədəbi düşüncələrini də bu kitabında oxuya biləcəklər.

Kitabda toplanmış şeirlər insanı yüksək mənəvi ideallara – vətəni sevməyə, saf məhəbbətə, halallığa səsləyir.

Kitabın korrektoru şairin qızı filoloq Nigar İlhamqızı, kitabda illüstrasiya kimi istifadə olunan rəsmələrin müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) tələbəsi gənc rəssam Sitarə Hüseyinlidir.

Xatırladaq ki, “Şairin vətəni sevgidir” müəllifin səkkizinci şeirlər kitabıdır. Onlardan ikisi İranda (Tehran və Təbriz) çap olunub.

Share: