“Ənənəvi musiqi üçlüyü: tar və kamança çalanlar, bir də müğənni, əlində qaval… Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini. Hərəsi bir uçuq divarın üstündə oturub. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək… Ancaq mahnını dinləyəndə heyrətə gəldim.”
Müstəqil.Az bildirir ki, Kult.az xəbər bu sözləri xalq şairi, deputat Sabir Rüstəmxanlının qeyd etdiyini yazıb.
“Burda, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmağlamağa başladı… İnsan gözüyumulu və əhli-kef olmalıdır ki, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” deyib oxusun. Görəsən, bu üç sənət adamı ətrafa baxmırdı? Düşünmürdülər ki bu ürək dağlayan görüntüyə “xoş mənzərə” demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim…” – deyə o əlavə edib.”
Bu gün AzTv-nin “Çıxışa doğru” verlişində professor İlham Rəhimlinin qərəzli və qeyri dəqiq ifadələri şairin dəqiq, qərəzssiz sözlərinə uğursuz don geyindirməsi kimi müşahidə olunsa da həqiqət həqiqətliyində qalır. Şair çox düzgün vurğulayır ki, “dağılmış bir kənddə oturub “Könüllər cəlb edən bu xoş mənzərə…” , ifa etməkdənsə, “ indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslən” dimək dah düzgün olmazdımı?.
Həm də şair. S.Rüstəmxanlı bu mahnının Xudafərin körpüsünün üstündə oxunmağından bəhs etmir. Sabir Rüstəmxanlı üçün, elə bizim üçün də Xudafərin qədər doğma olan Zəngilanımızın işğaldan azad olunmuş, işğal zamanı bir xarabalığa çevrilmiş bir kəndindən bəhs olunur.
Qeyd edək ki, deputat bu fikirləri əməkdar artist Babək Niftəliyevin Zəngilanda “Vətən yaxşıdır” ifasına görə qeyd edib, – yazır Kult.az.
Faiq Balabəyli