Amerikanın maliyyə jurnalı “Forbes” 2023-cü ilin ən çox qazanan idmançılarını açıqlayıb.
Jurnal 2023-cü ildə ən çox gəlir əldə edən 10 idmançının siyahısını paylaşıb.
Siyahıya görə, 1-ci yerdə futbolçu Kriştianu Ronaldu qərarlaşıb ki, onun qazancı 136 milyon dollar təşkil edib.
2-ci yerin sahibi futbolçu Lionel Messi olub. Messi ildə 130 milyon dollar gəlir əldə edib.
3-cü yerdə 120 milyon dollar qazancla futbolçu Kilian Mbappe, 4-cü yerdə 119,5 milyon dollarla basketbolçu Le Bron Ceyms qərarlaşıb.
5-ci yer boksçu Canelo Alvaresə qismət olub ki, onun illik gəliri 110 milyon dollardır.
6-cı yerə 107 milyon dollarla qolfçu Dastin Conson, 7-ci yerə 106 milyon dollarla qolfçu Fil Mikelson sahib olublar.
8-ci yerdə 100,4 milyon dollar qazanan basketbolçu Stefan Karri qərar tutub.
9-cu yerə 95,1 milyon dollarla keçmiş tennisçi Rocer Federer, 10-cu yerə isə 89,1 milyon dollarla basketbolçu Kevin Durant layiq görülüblər.
Mənbə: Haber Global